XƏBƏR LENTİ

26 Noyabr 2020
25 Noyabr 2020

Digər Xəbərlər

03 Oktyabr 2019 - 12:03

TürkPA Baş katibi:"İpək Yolunun dirçəldilməsində Türk Şurasının rolu əvəzedilməzdir"

“İpək Yolunun dirçəldilməsi prosesində Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası ölkələrinin əvəzedilməz rolu var”.

Bunu Türkdilli Dövlətlərin Parlament Assambleyasının (TürkPA) Baş katibi Altınbek Mamayusupov Naxçıvan sazişinin imzalanmasının 10 illiyi münasibətilə Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin təşkil etdiyi konfransda deyib.

“Türk dövlətlərinin inteqrasiyası çərçivəsində əməkdaşlıq bölgənin iqtisadi inkişafı üçün yeni imkanlar aça bilər. Beynəlxalq təşkilatlarla əməkdaşlığı yeni səviyyəyə yüksəlmək üçün yeni imkanları da nəzərdən keçiririk”, – o, söyləyib.

Baş katib Naxçıvan sazişinin imzalanmasının şuraya daxil olan ölkələrin münasibətlərində yeni səhifə açan tarixi hadisə olduğunu da bildirib.

Qeyd edək ki, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası (Türk Şurası) türk dünyası ölkələri arasında dialoq və əməkdaşlığı təşviq etmək üçün yaradılan beynəlxalq platformadır.

Şura 2009-cu il oktyabrın 3-də Naxçıvanda keçirilən sammitdə yaradılıb. Onun fəaliyyət prinsipləri 16 sentyabr 2010-cu il tarixli İstanbul Bəyannaməsində əksini tapıb.

İlk mərhələdə Türk Şurasına Türkiyə, Azərbaycan, Qazaxıstan və Qırğızıstan daxil olub. Bu il Özbəkistan da Türk Şurasına qoşulub/Report.