XƏBƏR LENTİ

21 Yanvar 2021
20 Yanvar 2021

Digər Xəbərlər

03 Oktyabr 2019 - 18:56

MDB ölkələri arasında əməkdaşlıq məsələləri müzakirə olunacaq –Bu tarixdə

Oktyabrın 10-11-də Aşqabadda müvafiq olaraq MDB Xarici İşlər Nazirləri Şurasının və MDB Dövlət Başçıları Şurasının iclasları keçiriləcək.

MDB İcraiyyə Komitəsinin Mətbuat xidmətin xəbər verir ki, xarici işlər nazirlərinin görüşündə beynəlxalq gündəmin mühüm məsələləri və MDB çərçivəsində əməkdaşlıq, həmçinin MDB Ölkələri Oyunlarının keçirilməsi, üzv ölkələrin informasiya təhlükəsizliyinin təminatı, silahlı qüvvələr arasında müştərək rabitə sisteminin yaradılması, habelə narkotik vasitələrin, psixotrop maddələrin və prekursorların qanunsuz dövriyyəsinə qarşı mübarizə məsələləri müzakirə olunacaq.

Bundan əlavə, üzv ölkələrin XİN-ləri arasında tərəfdaşlığın artırılmasına dair fəaliyyət proqramı da qəbul ediləcək və ertəsi gün toplaşacaq dövlət başçılarına təqdim olunacaq. Həmçinin 1941-1945-ci illər müharibəsində Sovet xalqının qələbəsinin qarşıdakı 75 illiyi münasibətilə MDB ölkələri və dünya xalqlarına müraciətin layihəsini, korrupsiyaya, terrorçuluğa və s. ekstremist hərəkətlərə qarşı mübarizədə əməkdaşlığı, təhlükəsizlik və asayiş sahəsində aidiyyəti qurumlar arasında məlumatların mübadiləsini təsbit edən sənədlər də razılaşdırılacaq.

MDB Dövlət Başçıları Şurası isə təşkilat çərçivəsində əməkdaşlıq və 2020-ci ildə təşkilatın sədrliyi məsələlərini müzakirə edəcək/Report.