XƏBƏR LENTİ

15 Oktyabr 2019

Digər Xəbərlər

04 Oktyabr 2019 - 14:07

PUTİNİN KOÇARYANIN ARVADI İLƏ GÖRÜŞÜ ERMƏNİSTANDA QALMAQAL YARADIB:"Bu, rüsvayçılıqdır və Koçaryana dəstəkdir"

Taqui Akopyan

1-in.am (Ermənistan), 04.10.2019

 

Bəzi KİV-lər AİB Ali Şurasının toplantısına qədər də nanəcib proqnozlarla məşğul idi – RF prezidenti Ermənistana gələcəkmi və baş nazir Nikol Paşinyanla görüşəcəkmi? Bununla belə, o gəldi və Paşinyanla görüşdü.

Amma buna paralel, yəqin ki, hakimiyyətin gözləmədiyi başqa bir görüş olub.

Putin ER-in həbsdə olan və konstitusiya quruluşunu devirməkdə ittiham edilən ikinci prezidenti Robert Koçaryanın arvadı ilə görüşüb. Ermənistan mətbuatında dərc olunmuş bu məlumatı sonradan Kremlin mətbuat katibi Dmitri Peskov da təsdiqləyib. Habelə düz çıxıb ki, görüş RF-nin Ermənistan səfirliyində baş tutub.

ER Gömrükxana İdarəsinin keçmiş rəisi, ER Ali Soveti və MM-nin deputatı Yercanik Abqaryan hesab edir ki, Paşinyan-Putin görüşündən sonra rüsvayçı qalmaqal gəlib – Putin həbsxanada olan Robert Koçaryanın arvadı ilə görüşərək bununla da göstərib ki, Koçaryanın həbsə düşürən faktları nəzərə almır: “Demək istəyirəm ki, Nikol Paşinyan RF prezidentinin səfərindən sonra hər şeyin yaxşı olduğunu bildirərkən göstərir ki, Putinin etdiklərini anlamır. Paşinyan Putinin qarşısında barmaqlarını şama döndərib yandırırsa, fərq etməz, Putin tərəfindən ona tabe olmayan antirusiya xadimi kimi qavranılır. Belə ki, Paşinyan bu elementar şeyi başa düşməli və Putinin bu fitnəkar addımına uyğun cavab verməliydi”.

Yercanik Abqaryan Vladimir Putin-Bella Koçaryan görüşünə üz tutaraq qeyd edib ki, bu, ağır cinayətlərdə ittihama görə  həbsdə olan Robert Koçaryana dəstəkdir.

Yercanik Abqaryan müxtəlif KİV-lərin Putinin Ermənistana gəlməyəcəyi, gəlişinə qədər isə Robert Koçaryanı buraxmaq haqda Paşinyanın qabağına ilkin şərt qoyduğu haqda yazdığını yada salıb.

Yercanik Abqaryan qeyd edib ki, bu, keçmiş hakimiyyətin yalnız manipulyativ bəyanatı idi.

Həmsöhbətimiz baş nazir Nikol Paşinyanın ABŞ-a baş tutmuş səfərinə də diqqət yetirib.

O, qeyd edib: “Paşinyan ABŞ-a yollandı, BMT-nin mənzil-qərargahında çıxış etdi, amma bütün problem bundadır ki, Amerika administrasiyasının əsas fiqurları ilə görüşməyib. Xüsusən də ABŞ prezidenti Donald Trampla ikitərəfli görüş olmayıb, qalan görüşlər isə ikinci dərəcəli xarakter daşıyırdı. ABŞ prezidenti və ümumiyyətlə ABŞ onu soyuq qarşıladısa, deməli, hər şey aydındır. Onu da nəzərə almaq gərəkdir ki, Tramp indiki anda Rusiyaya qarşı ümumiyyətlə heç bir addım atmır. Və bu durumu gözə almaq gərəkdir”.

 Tərcümə Strateq.az-ındır.