XƏBƏR LENTİ

09 İyul 2020
08 İyul 2020

Digər Xəbərlər

05 Oktyabr 2019 - 14:12

Əli Əhmədov:“Qarabağın mənsubiyyəti Paşinyan kimilərin bəyanatı ilə dəyişdirilə bilməz”

“Ermənistanın baş naziri N.Paşinyanın təxribatçı və sərsəm bəyanatı Azərbaycanın Prezidenti İlham Əliyevin sərt və qəti bəyanatı ilə darmadağın edildi”.

APA-nın məlumatına görə, bunu baş nazirin müavini Əli Əhmədov “Facebook” sosial şəbəkəsindəki səhifəsində yazıb.

Ə. Əhmədov qeyd edib ki, Qarabağ Azərbaycandır, tarixin təsdiq, beynəlxalq hüququn və birliyin qəbul etdiyi bu məntiqlə razılaşmamaq mümkün deyil: “Qarabağ Azərbaycanındır, Azərbaycan xalqına mənsubdur. Onun mənsubiyyəti Paşinyan kimilərin bəyanatı ilə dəyişdirilə bilməz və dəyişdirilməyəcək. Buna Azərbaycan xalqı, onun ordusu və Ali Baş Komandanı İlham Əliyev imkan verməz. Avantürist bəyanatın qarşısına ədalətli və sərt bəyanat qoyuldu. İşğalçı siyasətin aqibəti də beləcə xalqımızın iradəsi və ordumuzun qüdrəti ilə sona çatacaq”.