XƏBƏR LENTİ

25 Noyabr 2020
24 Noyabr 2020

Digər Xəbərlər

07 Oktyabr 2019 - 13:51

Bakı Şəhər İcra Hakimiyyəti Müsavat Partiyasına yer ayırdı –Qurultayla bağlı

Bakı Şəhər İcra Hakimiyyəti Müsavat Partiyasına qurultay üçün yer ayırıb.

Bu barədə İcra Hakimiyyətindən Strateq.az-a verilən məlumata görə,  partiyanın bununla bağlı müraciətinə baxılıb: “Qurultayın oktyabrın 12-də Bakının Binəqədi rayonunda yerləşən “Büllur” şadlıq sarayında (keçmiş “İnqilab” kinoteatrı) keçirilməsi məqsədəuyğun hesab edilib”.

Xatırladaq ki, Müsavat Partiyasının başqanı vəzifəsi uğrunda hazırki başqan Arif Hacılı, Tofiq Yaqublu və Yadigar Sadıqlı mübarizə aparırlar.