XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

07 October 2019 - 15:47

BŞİH Müsavata yer verdi, saray etiraz etdi – Partiya qurultayı harada keçirəcək?

Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) Müsavat Partiyasının IX qurultayını Binəqədi rayonu, 7-ci mikrorayonda yerləşən “Büllur” Şadlıq Sarayında keçirməyə razılıq verib.

Məktubda Müsavatın şadlıq evinin sahibi ilə razılaşma əldə ediləcəyi təqdirdə BŞİH-in buna heç bir etiraz etməyəcəyi qeyd olunub.

Strateq.az bildirir ki, Modern.az saytı məsələ ilə əlaqədar “Büllur” Şadlıq Sarayının rəhbərliyi ilə əlaqə saxlayıb.

Məlum olub ki, həmin obyekt uzun müddətdir şadlıq sarayı kimi fəaliyyətini dayandırıb: “İndi həmin ərazidə “Büllur” kafe və mərasim evi fəaliyyət göstərir”.

O da bildirilib ki, həmin obyektin rəhbərliyi Müsavatın qurultayının orada keçirilməsinə razı deyil. Bununla bağlı etiraz Müsavata da çatdırılıb.

Yaranmış mübahisəli vəziyyəti Müsavat Partiyası da təsdiqləyib.

Müsavat başqanın müavini Səxavət Soltanlı deyib ki, yeni məkan axtarılır:

“Əvvəlcə o məkanla maraqlanmışdıq. Biz indi həmin yerlə əlaqə saxladıq, onlar bizim tədbirimizin keçirilməsinin mümkün olmadıqlarını bildiriblər. Yeni məkanla bağlı danışıqlar davam edir”.

Qeyd edək ki, Müsavat Partiyasının qurultayı oktyabrın 12-də keçiriləcək.

Qurultayda hazırkı başqan Arif Hacılı partiya üzvləri Yadigar Sadıqlı və Tofiq Yaqublu ilə sədrlik uğrunda mübarizə aparacaq.