XƏBƏR LENTİ

18 Yanvar 2021

Digər Xəbərlər

07 Oktyabr 2019 - 19:38

Elmar Məmmədyarov Qazaxıstanın yeni səfiri ilə görüşüb –Fikir mübadiləsi aparılıb

Xarici İşlər naziri Elmar Məmmədyarov Qazaxıstan Respublikasının Azərbaycan Respublikasına yeni təyin olunan səfiri Serjan Abdıkarimovu qəbul edib.

XİN-dən Strateq.az-a verilən məlumata görə, nazir Elmar Məmmədyarov Serjan Abdıkarimovu səfir təyin olunması münasibətilə təbrik etdi və qardaş Qazaxıstan səfirinə diplomatik fəaliyyətində uğurlar arzulayıb.

Görüşdə tərəflər ölkələrimiz arasında mövcud olan sıx münasibətlərin siyasi, mədəni və digər sahələrdə inkişafından məmnunluq ifadə etdilər. Eyni zamanda ölkələr arasında iqtisadi və ticarət sahələrinin daha da inkişaf etdirilməsinin əhəmiyyətini vurğulayılar.

Səfir Serjan Abdıkarimov ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu və Prezident İlham Əliyevin uğurla davam etdirdiyi müdrik inkişaf strategiyası sayəsində Azərbaycanın regionda mühüm rol oynadığını və bu xüsusda, ölkəmiz tərəfindən həyata keçirilən enerji, nəqliyyat və infrastruktur layihələrin əhəmiyyətini qeyd edib. O, iki ölkənin birgə həyata keçirdiyi layihələrinin uğurundan bəhs edərək, bu istiqamətdə fəaliyyətin davam etdiriləcəyini bildirib.

Nazir Elmar Məmmədyarov Qazaxıstan tərəfinin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllinə dair beynəlxalq təşkilatlarda nümayiş etdirdiyi prinsipial mövqeyə, ölkəmizin suverenliyi və ərazi bötövlüyünün daimi dəstəyinə görə təşəkkür ifadə edib.

Tərəflər, həmçinin qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Səfir Serjan Abdıkarimov etimadnaməsinin surətini nazir Elmar Məmmədyarova təqdim edib.