“Baş Nazirdən xahiş edirəm ki, millət vəkillərinin təkliflərinə diqqət yetirilsin”.
Strateq.az xəbər verir ki, bunu bu gün Milli Məclisdə “Əli Əsədovun Azərbaycan Respublikasının Baş naziri vəzifəsinə təyin edilməsinə razılıq verilməsi haqqında” məsələnin müzakirəsi zamanı millət vəkili Vahid Əhmədov deyib.
O bildirib ki, Ə. Əsədovun Azərbaycan iqtisadiyyatının inkişafına töhfə verəcəyinə inanır: “Biz komitələrdə, parlamentdə müzakirələr zamanı təkliflər veririk.
Baş Nazirdən xahiş edirəm ki, millət vəkillərinin təkliflərinə diqqət yetirilsin.
İkincisi, Prezident İlham Əliyev son illər iqtisadi inkişafla bağlı ciddi addımlar atır. Prezidentin hədəflərindən biri iqtisadiyyatın inkişafının neft deyil, qeyri-neft sektorunun inkişafından asılı olmasına çalışır. Qeyri-neft sektorunda müəyyən inkişaf olsa da, bu, yetərli deyil.
Mən Baş Nazir kimi sizdən qeyri-neft sektorunun, sənayenin inkişafına diqqət yetirməyi xahiş edirəm.
Üçüncüsü, Hesablama Palatası büdcə layihələrinə ciddi iradları olur, o iradlara və millət vəkillərinin təkliflərinə diqqətlə yanaşmağı xahiş edirəm. Digər tərəfdən, büdcə layihəsi həcmcə çox böyük olur, məncə, 100 səhifəlik layihə kifayətdir”.