XƏBƏR LENTİ

19 Noyabr 2019
18 Noyabr 2019

Digər Xəbərlər

11 Oktyabr 2019 - 12:03

Aİ səfiri:"Azərbaycan özünü etibarlı enerji tərəfdaşı kimi göstərib"

“Azərbaycan uzun illər ərzində özünü etibarlı enerji tərəfdaşı kimi göstərib. Bu gün iqtisadi və sosial sahələrdə əməkdaşlığı davam etdiririk”.

Bunu Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri, səfir Kestutis Yankauskas Bakıda keçirilən “Şərq Tərəfdaşlığı” proqramının gələcəyinə dair struktur məsləhətləşmələrdə deyib.

“Son illər ərzində 34 fərqli Azərbaycan qurumu Aİ ilə 21 birgə layihədə iştirak edib. Azərbaycan, həmçinin tvinninq layihələrinin sayına görə liderdir. Coğrafi mövqeyinə baxmayaraq, Azərbaycan Aİ ilə münasibətlərdə çox fəaldır”, – o bildirib.

Səfir bu müzakirələr çərçivəsində Azərbaycanın Aİ ilə və “Şərq Tərəfdaşlığı” proqramı çərçivəsində əməkdaşlığın inkişafını necə gördüyünü başa düşməyin vacib olduğunu da qeyd edib.

Qeyd edək ki, bu məsləhətləşmələr Aİ-yə üzv ölkələrlə tərəfdaş ölkələr arasında bu ilin may ayında Brüsseldə keçirilmiş və “Şərq Tərəfdaşlığı”nın yaradılmasının 10 illiyinə həsr olunmuş Yüksək Səviyyəli Konfransda başladılan qeyri-rəsmi fikir mübadiləsinin bir hissəsidir. (report)