XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

11 October 2019 - 12:21

Avropa Komissiyası:Trans-Avropa nəqliyyat şəbəkəsi üzrə Azərbaycana 2 milyard avrodan çox investisiya yatırılacaq

“Trans-Avropa nəqliyyat şəbəkəsi çərçivəsində Azərbaycana 2 milyard avrodan çox investisiya qoyuluşu nəzərdə tutulub”.

Bunu Avropa Komissiyasının Qonşuluq və Genişlənmə Danışıqları üzrə Baş Direktorluğunun bölmə rəhbəri Vasilis Maraqos deyib.

O bildirib ki, bu, beynəlxalq maliyyə qurumlarının dəstəyi ilə həyata keçiriləcək və bununla bağlı fəaliyyət planı hazırlanıb.

“Lakin işlər bununla yekunlaşmayacaq. Biz dövlət institutlarına, hüquq xidməti göstərən sahələrə maliyyə yatırırıq”, – deyə V. Maraqos bildirib. (apa)