XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

11 October 2019 - 16:40

“Seçkilərdə beynəlxalq müşahidəçilərin iştirakında maraqlıyıq” –Məzahir Pənahov

“Bu il Azərbaycanda keçiriləcək bələdiyyə seçkilərində müşahidəçilər baxımından problem olmayacaq”. 

Bunu jurnalistlərə açıqlamasında Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov deyib. O bildirib ki, bələdiyyə seçkilərinə adətən, beynəlxalq müşahidəçilər az dəvət olunur: “Adətən, bələdiyyə seçkilərinə Avropa Şurası Yerli və Regional Hakimiyyətlər Konqresi adlanan bir qurumunun nümayəndələri gəlirlər və biz onları dəvət edirik. Amma biz MSK tərəfindən Avropadakı həmkarlarımızı dəvət edirik. Onlar gəlib buradakı seçkiləri müşahidə edirlər. Hesab edirəm ki, bu il keçiriləcək bələdiyyə seçkilərində müşahidəçilər baxımından problem olmayacaq. Biz çalışacağıq ki, seçkilərdə maksimum dərəcədə beynəlxalq müşahidəçi olsun. Çünki biz seçkilərdə beynəlxalq müşahidəçilərin iştirak etməsində maraqlıyıq”. (apa)