XƏBƏR LENTİ

30 Noyabr 2020
29 Noyabr 2020
28 Noyabr 2020

Digər Xəbərlər

02 Fevral 2016 - 15:54

“Azərbaycan və Türkiyə Gürcüstanın strateji tərəfdaşlarıdır” – [color=red]Gürcü nazir İrəvanda danışdı

“Azərbaycan və Türkiyə Gürcüstanın strateji tərəfdaşlarıdır”.

Strateq.az ANS-ə istinadən xəbər verir ki, bu sözləri Gürcüstanın Müdafiə naziri Tinatin Xidaşeli İrəvanda deyib.

O, İrəvanda keçirdiyi mətbuat konfransında bildirib ki, Türkiyə NATO üzvü olan qonşu ölkədir, bu isə ölkələr arasında münasibətləri daha da dərinləşdirir və möhkəmləndirir. 

Nazirin sözlərinə görə, Gürcüstan onu dəstəkləyən və yardım edən hər kəsə minnətdardır.

Xatırladaq ki, gürcü nazir yanvar ayının 31-də Ermənistana səfərə gəlib. Səfər çərçivəsində Xidaşeli Ermənistan prezidenti Serj Sarkisyan, baş nazir Ovik Abramyan, müdafiə naziri Seyran Ohanyan, xarici işlər naziri Edvard Nalbandyan, eləcə də bütün ermənilərin Katalikosu İkinci Qareqin ilə görüşüb. 

Ötən gün isə Ermənistan və Gürcüstan hərbi əməkdaşlığa dair sənəd imzalayıb. İki ölkə arasında əməkdaşlıq 2010-cu ildən başlayaraq davam edir. Bu proqramda sülhməramlıların fəaliyyəti, hərbi təhsil və hazırlığa üstünlük verilir.