XƏBƏR LENTİ

19 Noyabr 2019
18 Noyabr 2019

Digər Xəbərlər

14 Oktyabr 2019 - 10:47

Qarabağ Komitəsinin BŞBPİ-ə qarşı iddiası rədd olunub –Məhkəmə qərarı

2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində Qarabağ Komitəsinin təşəbüs qrupunun üzvləri – Pənah Hüseyn, Mirmahmud Mirəlioğlu və Tural Abbaslının Bakı Şəhər Baş Polis İdarəsinə (BŞBPİ) qarşı qaldırdıqları iddia üzrə məhkəmə iclası başa çatıb.

Hakim Etibar Mustafayevin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, iddia rədd edilib, məhkəmə polisin verdiyi açıqlamanın tam qanuna uyğun olduğunu bildirməklə, qanunverciliyə uyğun olduğunu əsaslı hesab edib.

Qeyd edək ki, Qarabağ Komitəsi iyulun 23-də Bakıda aksiya keçirmək barədə qəbul etmişdi. Bakı Şəhər İcra Hakimiyyəti komitənin müraciətinə cavabında aksiyanın keçirilməsini məqsəduyğun saymamışdı.

Daha sonra təşəbüs qrupunun üzvləri – P.Hüseyn, M.Mirəlioğlu və T.Abbaslı Bakı Şəhər BŞBPİ-yə dəvət olunaraq, xəbərdarlıq edilib.

BŞBPİ-nin Mətbuat Xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev  qeyd edib ki, icazəsiz mitinq keçirilməsi ilə bağlı onların diqqətinə çatdırılıb ki, Bakı Şəhər İcra hakimiyyəti ilə razılaşdırılmayan, yaxud sanksiyalaşdırılmayan hər hansı kütləvi tədbirin qarşısı polis tərəfindən qətiyyətlə alınacaq.

Qarabağ Komitəsinin təşəbüs qrupunun üzvləri iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edib. İddia ərizəsində göstərilib ki, BŞBPİ vətəndaş hüquq və azadlıqlarını kobud şəkildə pozub. (Report)