XƏBƏR LENTİ

16 Noyabr 2019
15 Noyabr 2019

Digər Xəbərlər

14 Oktyabr 2019 - 19:29

“Azərbaycanın Avropa Birliyi ilə strateji əməkdaşlığında Polşa fəal rol oynamalıdır” –Seymin deputatı

“Azərbaycan Polşanı Avropa ölkələri arasında yaxın dostlardan biri hesab edə bilər”.

Bunu Polşa Seyminin (parlament) deputatı Robert Vinnitskiy deyib.

O qeyd edib ki, Azərbaycanın Avropa Birliyi ilə strateji əməkdaşlığında Polşa fəal rol oynamaqda maraqlı olmalıdır: “İki ölkə arasındakı münasibətlər, düşünürəm ki, lazım olan səviyyəyə çatdırılmalıdır. Bunun üçün kifayət qədər potensial var. Müəyyən məsələlər müzakirə olunmalıdır və bu müzakirələrdən ikitərəfli əməkdaşlıq üçün uğurlu nəticələr əldə etmək olar”.

R.Vinnitskiy bildirib ki, qarşılıqlı səfərlər artırılmalı, parlamentlərarası görüşlər intensivləşməli, mədəni tədbirlərin sayı çoxalmalıdır. Onun sözlərinə görə, bütün bunlar iki ölkə arasında daha da sıx dostluq münasibətləri yarada bilər.

Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş Dağlıq Qarabağ və ətraf rayonları ilə bağlı suala cavab verən R.Vinnitskiy bildirib ki, təmsil etdiyi Seym bu məsələdə beynəlxalq hüququn tələblərini və ərazi bütövlüyü məsələsini dəstəkləyir. (Report)