XƏBƏR LENTİ

12 Noyabr 2019
11 Noyabr 2019

Digər Xəbərlər

15 Oktyabr 2019 - 09:26

“Kuhner Fondu”nun üzvləri arzuolunmaz şəxslər siyahısından çıxarıldı –XİN-dən açıqlama

İsveçrə Konfederasiyasında fəaliyyət göstərən “Kuhner Fondu” Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə müraciət edərək bu Fondun rəhbəri Laura Kuhner (İsveçrə), eləcə də onun üzvlərinin Tim Bürgin (Almaniya) və Qifti Dvamena (İsveçrə) adlarının “Azərbaycan Respublikasının işğal edilmiş ərazilərinə qanunsuz səfər etmiş xarici ölkə vətəndaşlarının siyahısı”ndan çıxarılmasını xahiş edib.

Strateq.az XİN-ə istinadla xəbər verir ki, məktubda “Kuhner Fondu” Azərbaycan Respublikasının beynəlxalq tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyü və suverenliyi, eləcə də ölkəmizin qanunlarına hörmət etdiyini bəyan edib. Həmçinin müraciətdə, Fondun üzvləri etdikləri səfərin törədə biləcəyi nəticələr barədə məlumatsız olduqları qeyd edilir.

“Kuhner Fondu”nun müraciəti müvafiq qaydada nəzərdən keçirilib və bu Fondun üzvlərinin adlarının arzuolunmaz şəxslər siyahısından çıxarılmasına dair qərar qəbul edilib.