XƏBƏR LENTİ

12 Noyabr 2019
11 Noyabr 2019

Digər Xəbərlər

15 Oktyabr 2019 - 10:24

İƏT-in Baş katibi Azərbaycan diplomatiyasının 100 illiyi medalı ilə təltif olunub –FOTO

Azərbaycanın Səudiyyə Ərəbistanındakı səfiri, İslam Əməkdaşlıq Təşkilatındakı (İƏT) daimi nümayəndəsi Şahin Abdullayev Ciddə şəhərində İƏT Baş katibi Yusif bin Əhməd Əl-Osaymin ilə görüşüb.

“Arab News” xəbər verir ki, görüş zamanı səfir Azərbaycan Xarici İşlər naziri Elmar Məmmədyarovun adından İƏT Baş katibinə “Azərbaycan Respublikasının diplomatik xidmət orqanlarının 100 illiyi” medalını təqdim edib.

İƏT Baş katibi Azərbaycanla ikitərəfli əlaqələrin genişləndirilməsindəki xidmətlərinə və səylərinə görə təltif olunub.

Yusif bin Əhməd Əl-Osaymin medala görə Azərbaycan XİN başçısına minnətdarlığını bildirib. O, İƏT çərçivəsində İslami dəyərlərin təşviqi və birgə addımların atılmasındakı konstruktiv roluna görə Azərbaycana təşəkkür edib/Report.