XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

03 Fevral 2016 - 08:43

Siyasi partiyalar hökümətə böhrandan çıxmaq üçün nə təklif edir? – [color=red]SORĞU

 

dialoq02.jpg

Dünyada baş verən iqtisadi böhran və bunun Azərbaycana təsiri nəticəsində manat devalvasiya uğrayıb, ölkədə yeni mərhələ başlayıb. Hökumət yeni mərhələ üçün iqtisadi islahatlara başladığını elan edib və tədbirlər planı hazırladığını açıqlayıb. Bəs Azərbaycanda fəaliyyət göstərən siyasi partiyalar hökumətə təkliflər paketi təqdim edibmi?

 

APA bununla bağlı partiyalar arasında sorğu keçirib.

Ümid Partiyasının sədri İqbal Ağazadə bildirib ki, partiya təkliflərini hazırlayaraq hökumətə təqdim edib: “Bizim böhran proqramımız çoxdan hazırlanıb. Bunu ölkənin baş nazirinə, parlamentinə, Prezident Administrasiyasına göndərmişik. Onlar bizim məktublarımız alıblar. Əminliklə deyirəm ki, böhran proqramında əks olunan təkliflərin hamısı hökumət tərəfindən araşdırılır və öyrənilir”.

Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu da böhran təkliflərinin hazırlandığını qeyd edərək, bunun birbaşa ölkə başçısına təqdim edilməsinə çalışdıqlarını deyib.

Müsavat Partiyasının başqanı Arif Hacılı isə APA-ya partiyanın iqtisadi məsələlərlə bağlı konsepsiyasının illər ərzində hazırlandığını, hökumətə və parlamentə təqdim olunduğunu bildirib. Lakin son anti-böhran təklifləri paket şəklində təqdim olunmayıb: "Hakimiyyət bu təkliflərdən faydalanmaq niyyətindədirsə, bunu asanlıqla edə bilər”.

Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sədrinin köməkçisi Faiq Əmirov isə partiyanın təkliflərini mətbuatda açıqladığını qeyd edib.

Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) sədr əvəzi Arzuxan Əlizadə APA-ya mütəxəssislərdən ibarət İşçi Qrupunun yaradılacağını və təkliflərin hökumətə təqdim olunacağını deyib.

Azərbaycan Sosial Demokrat Partiyasının (ASDP) sədri Araz Əlizadə isə hökumətin vəziyyətdən çıxmaq üçün konsepsiyası olduğunu, müxalifətin hər hansı təklifinə ehtiyac olmadığını qeyd edib.

Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) Məclis sədri Bəybala Əbil də partiyanın təkliflərinin yaxın vaxtlarda hökumətə təqdim olunacağını qeyd edib.

Xatırladaq ki, hakim Yeni Azərbaycan Partiyasının icra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzov APA-ya açıqlamasında müxalifətin iqtisadi təkliflərinin müzakirəsinə açıq olduqlarını deyib.