XƏBƏR LENTİ

19 Noyabr 2019
18 Noyabr 2019

Digər Xəbərlər

16 Oktyabr 2019 - 13:40

“Ermənilər Türkiyə ordusuna qarşı çıxmaq iqtidarında deyillər” –Ekspertlərdən açıqlama

Ermənistan KİV-də yayılan məlumatlara görə, kürdlər çeçen və ermənilərlə birlikdə “türkyönümlü” qüvvələrdən Suriyanın şimalındakı yaşayış məntəqəsini alıblar. “Suriya demokratik qüvvələri” kürd qruplaşmasının tərəfdarları ermənilərin iştirakı ilə Türkiyə sərhədində yerləşən Raselayn şəhərini azad edib”, – “Sputnik Ermənistan” agentliyi yazıb.

Bundan əvvəl yazılan məlumatlarda Rocavda (Türkiyənin antiterror əməliyyatı keçirən ərazidə – red.) yaradılan Nubar Ozaryan adına erməni batalyonu Türkiyə ordusuna müharibə elan edib.

Bununla bağlı ekspertlər nə düşünür?

Media.Az bununla bağlı Moskva Dövlət Dilçilik Universitetinin Regionşünaslıq nəzəriyyəsi kafedrasının dosenti, Yaxın Şərq üzrə ekspert Mehmet Emin İkbal Dürre və politoloq, Kahramanmaraşda yerləşən “Sütçü İmam” Universitetinin azərbaycanlı professoru Toğrul İsmayılla söhbət edib.

Milliyyətcə kürd olan və Türkiyədə doğulan İkbal Dürrenin sözlərinə görə, Türkiyəyə qarşı döyüşən kürd və erməni birliyindən söhbət gedə bilməz:

“Bunu necə birləşmə adlandırmaq olar? Əvvəlcə qeyd etmək lazımdır ki, informasiya təsdiqlənməyib. Suriyanın şimalında türkmənlər də, ərəblər də döyüşə bilər. Ola bilsin ki, orada ayrıca erməni batalyonu da var. Suriyanın şimalında vəziyyət, həqiqətən də, gərgindir”.

Bəzi erməni KİV-lərində Türkiyə və Rusiyanın əməkdaşlığının Ermənistan üçün təhlükəli olması ilə bağlı informasiyaları şərh edən İ.Dürre bildirib ki, Ankara və Moskva arasındakı dostluq Rusiya-Ermənistan münasibətlərinin pisləşməsi üçün səbəb ola bilməz.

Politoloq Toğrul İsmayıl ermənilərin kürdlərlə birlikdə “türkyönümlü” qüvvələrin hücumlarını dəf etdiyini və erməni batalyonun Türkiyəyə qarşı müharibə elan etdiyi ilə bağlı informasiyaların gülüş doğurduğunu deyib.

Onun sözlərinə görə, Ermənistan regionda özünü ciddi dövlət kimi göstərmək istəyir.

T.İsmayıl qeyd edib ki, Türkiyənin Suriyadakı fəaliyyəti müharibə deyil, antiterror əməliyyatıdır və söhbət hansısa etnik azlıqdan getmir, əsas məqsəd Ermənistanın da dəstəklədiyi terror təşkilatlarının məhv edilməsidir:

“Əgər ermənilər hansısa terrorçularla birləşibsə, demək, onlar da terrorçulardır. Türkiyə ordusu isə onları “təmizləyəcək”. Əgər müharibə olsa, Türkiyə 24 saat ərzində bu əraziləri ələ keçirə bilər. Biz itkilərin mümkün qədər minimallaşdırmağa çalışırıq”.

Türkiyə-Rusiya münasibətlərinin Moskva-Yerevan əlaqələrinə mənfi təsir etməsi ilə bağlı yayılan informasiyaları şərh edən politoloq bildirib ki, deyəsən, Ermənistan özünü ABŞ hesab edir:

“Türkiyə sülh və stabillik üçün Rusiya ilə münasibətlərini inkişaf etdirəcək. Türkiyənin digər ölkələrlə, o cümlədən, Rusiya ilə münasibətləri heç kimi narahat edə bilməz. Ermənilərin narahatlıqlarına gəlincə, onlar aqressiv xarici siyasətini dəyişməli, Azərbaycan ərazilərini işğaldan azad etməli və beynəlxalq normalara riayət etməlidir”.