XƏBƏR LENTİ

28 Yanvar 2021
27 Yanvar 2021

Digər Xəbərlər

03 Fevral 2016 - 14:25

Çingiz Abdullayev Zahid Oruca təmsil olunduğu qurum vasitəsiylə cavab verdi: [color=red]”Vəzifəsi seçkilidir və maaşı ödənilmir”

Çingiz Abdullayevin rəhbərlik etdiyi Pen-Klubun mətbuat xidməti millət vəkili Zahid Orucun fikirlərinə münasibət bildirib.

Qeyd edək ki, Zahid Oruc bir neçə gün əvvəl Milli Məclisin iclasında C.Abdullayevin tutduğu vəzifələrdən getməsini təklif edib.

Pen-Klubun Mətbuat xidmətindən 525.az-a bildirilib ki, Çingiz Abdullayev 4 deyil, 18 vəzifədə işləyir ki, bunlardan 4-ü beynəlxalq xarakterlidir: 

“Lakin vəzifələrinin 18-i də ictimai vəzifədir, heç biri dövlət qulluğu deyil. O, məmur deyil, vəzifələri seçkilidir və vəzifə maaşı ödənilmir.

Çingiz Abdullayevin vəzifədən azad olunması üçün yeni seçkilər keçirilməli və onu özü qədər nüfuzlu insan əvəz etməlidir. Onun tutduğu vəzifələri boşaltması qənaətlə nəticələnməyəcək. Yalnız Yazıçılar Birliyi bu mənada istisnadır. Oradan aldığı maaşını isə əməkdaşlara verir. 

Bütün jurnalistlərin nəzərinə çatdırılır ki, rəhbərlik etdiyi təşkilatların heç birində ona xidməti avtomaşın ayrılmayıb”.