XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

21 October 2019 - 13:42

Həsən Ruhani və Cavad Zərif Azərbaycana səfər edəcəklər –Bu tarixdə

İran Prezidenti Həsən Ruhani və Xarici İşlər naziri Məhəmməd Cavad Zərif Azərbaycana səfər edəcəklər.

İranın Azərbaycandakı səfirliyinin verdiyi xəbərə görə, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü Abbas Musəvi deyib.

O qeyd edib ki, İran Prezidenti və Xarici İşlər naziri Azərbaycanda rəsmilərlə görüşəcək və Qoşulmama Hərəkatının iclasında iştirak edəcəklər.

Xatırladaq ki, Bakıda 25-26 oktyabrda Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının 18-ci Zirvə Görüşü keçiriləcək. (apa)