XƏBƏR LENTİ

19 Noyabr 2019
18 Noyabr 2019

Digər Xəbərlər

21 Oktyabr 2019 - 18:59

“Azərbaycan hər zaman Türkiyənin keçirdiyi antiterror əməliyyatlarına dəstək verib” –Səfir

“Azərbaycan istər “Barış bulağı”, istərsə də bundan əvvəl Türkiyə ordusunun həyata keçirdiyi antiterror əməliyyatlarına verdiyi dəstəklə hər zaman önə çıxıb. Azərbaycan həqiqətən də bir millət, iki dövlət olduğumuzu bütün dünyaya nümayiş etdirib”.

Bunu Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral keçirdiyi mətbuat konfransında deyib.

O bildirib ki, Türkiyə və Azərbaycan xalqının ürəkləri hər zaman eyni döyünüb: “Bunun üçün Azərbaycan xalqına, Azərbaycan Prezidentinə təşəkkür edirik”.

Səfir qeyd edib ki, Suriyanın şimalında terrorçuların yerləşməsi və Türkiyənin buna laqeyd qalmayacağı barədə bütün dünyaya xəbərdarlıq olunub: “Uzun illərdir ki, Suriyada davam edən vətəndaş müharibəsinin ağrı və çətinliklərini bu ölkədən sonra çəkən ikinci ölkə Türkiyədir. Suriyadakı müharibədən qaçanlara ən çox Türkiyə qucaq açıb. Biz Türkiyə olaraq Suriyada sülhün bərpa olunmasını istəyir və Suriyanın ərazi bütövlüyünü dəstəkləyirik”. (apa)