XƏBƏR LENTİ

22 Noyabr 2019
21 Noyabr 2019

Digər Xəbərlər

21 Oktyabr 2019 - 20:15

“Türkiyə Suriyadakı münaqişənin siyasi dialoq vasitəsilə həllini dəstəkləyir” –Səfir

“Türkiyə Suriyadakı münaqişənin siyasi dialoq vasitəsilə həllini dəstəkləyir”.

Bunu Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral “Barış pinarı” hərəkatının gedişi və mövcud durum barədə Azərbaycanın aparıcı KİV rəhbərlərinə və təmsilçilərinə məlumat vermək məqsədilə keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, bununla bərabər Türkiyə Suriya ilə sərhəddə terror təhdidi ilə üzləşib: “Biz hər zaman bəyan etmişik ki, Türkiyənin təhlükəsizliyinə təhdid yaradacaq istənilən terror təşkilatı ilə mübarizə aparmaqda qərarlıyıq. Terrordan əziyyət çəkən ölkələr arasında Türkiyə birincilərdəndir. Bu günə qədər 40 minə qədər vətəndaşımız terrorun qurbanı olub. Biz terrorla mübarizədə qərarlıyıq. Türkiyə trilyon dollarlarla vəsaiti terrorla mübarizəyə sərf edib. Türkiyə bundan sonra da öz təhlükəsizliyini qorumaq üçün terrorla mübarizəyə davam edəcək. “Fırat qalxanı” və “Zeytun dalı” əməliyyatlarında olduğu kimu “Barış pınarı” əməliyyatı istiqamətində də məqsədimizə çatacağıq”.

Səfir xatırladıb ki, Suriyada terrorçuların məqsədi dövlət qurmaqdır: “Burada qurulan terror dövləti təkcə Suriya üçün deyil, həm də Türkiyə və region üçün təhlükə mənbəyi olacaqdı”.

E.Özoral vurğulayıb ki, Türkiyə Silahlı Qüvvələrinin əlində heç bir kimyəvi silah yoxdur:

“Türkiyə Suriyada keçirdiyi hərbi əməliyyatı 120 saatlıq dayandırmışdı. Artıq bu müddət sabah bitəcək. Bu müddət ərzində terrorçular 32 km geri çəkilməlidirlər. Əgər bu müddət bitəndən sonra irəliləyiş olmazsa, Barış pınarı əməliyyatı yenidən davam edəcək. Bununla bağlı beynəlxalq təşkilatlar və ölkələr də məlumatlandırılıb. Biz bu əməliyyatda yalnız terrorçulara qarşıyıq”. (Report)