XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

22 October 2019 - 13:23

Nazir müavini:"Qarabağ məsələsi sammitin yekun sənədinə daxil ediləcək"

Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsi Qoşulmama Hərəkatının Bakıda keçiriləcək sammitinin yekun sənədində öz əksini tapacaq.

Bunu jurnalistlərə açıqlamasında Azərbaycan Xarici İşlər nazirinin müavini Ramiz Həsənov deyib.

“Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsi sammitin yekun sənədində ayrıca bəndlə qeyd olunacaq”, – o, deyib.

Xatırladaq ki, Qoşulmama Hərəkatının XVIII sammiti oktyabrın 25-26-da Bakıda keçiriləcək.

Sammit zamanı təşkilata sədrlik üç il müddətində Azərbaycana keçəcək/Report