XƏBƏR LENTİ

04 Dekabr 2020
03 Dekabr 2020

Digər Xəbərlər

24 Oktyabr 2019 - 15:24

Azərbaycan ilə Afrika İttifaqı arasında əməkdaşlıq əlaqələri müzakirə olunub –FOTO

Azərbaycan Respublikasının Xarici İşlər naziri Elmar Məmmədyarov Bakıda keçirilən Qoşulmama Hərəkatının XVIII Zirvə Görüşü çərçivəsində Afrika İttifaqının Siyasi məsələlər üzrə Komissarı Sessuma Minata Samate ilə görüşüb.

Nazirliyin mətbuat xidmətindən Strateq.az-a verilən məlumata görə, qonağı salamlayan nazir Elmar Məmmədyarov Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyinin prioritetləri barədə məlumat verib, ölkəmizin Afrika İttifaqı ilə əməkdaşlıq əlaqələrinin dərinləşdirilməsində maraqlı olduğunu diqqətə çatdırıb.

Azərbaycanda olmasından məmnunluğunu bildirən S.M.Samate ölkəmizdə iqtisadi sahədə yüksək inkişaf müşahidə etdiyini diqqətə çatdırıb. Eyni zamanda, o, Afrika İttifaqının bir sıra sahələrdə, ələlxüsus ictimai xidmətlər sektorunda ölkəmizin təcrübəsinin öyrənilməsində maraqlı olduğunu vurğulayıb.

Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.