XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

24 October 2019 - 18:44

Baş Assambleyanın prezidenti Bakıda:“Hər bir insanın hüquqları BMT-nin fəaliyyətinin təməl daşıdır"

BMT yarandığı gündən etibarən, qaçqınların problemlərinin həllinə, onlara zəruri yardım göstərməyə hərtərəfli dəstək verir.

Bu barədə Bakıda səfərdə olan BMT Baş Assambleyasının prezidenti Ticani Məhəmməd-Bande jurnalistlərə bildirib.

“Hər bir insanın hüquqları BMT-nin fəaliyyətinin təməl daşıdır. BMT olaraq biz təkcə sülh və təhlükəsizlik məsələlərinə yox, bütövlükdə inkişaf, iqlim və ətraf mühitlə, habelə qaçqınlar və miqrasiya ilə bağlı məsələlərə böyük əhəmiyyət veririk”, – deyən BMT rəsmisi təşkilatın tərkibində miqrasiya və qaçqınlarla bağlı ayrıca agentliyin fəaliyyət göstərdiyini qeyd edib: “Bu qurum əlverişli vəziyyətin bərqərar olduğu halda, qaçqınların öz doğma torpaqlarına qayıtmasına, orada dinc yaşamaları üçün zəruri şəraitin yaradılmasına xüsusi diqqət yetirir. Bunlar Azərbaycandakı qaçqınlara da şamil olunur”.

Report