XƏBƏR LENTİ

16 Fevral 2020
15 Fevral 2020

Digər Xəbərlər

28 Oktyabr 2019 - 16:19

Zöhrab Mnatsakanyan:"Dağlıq Qarabağla bağlı görüşləri davam etdirmək əzmindəyik"

“Dağlıq Qarabağ münaqişəsinin həllinə dair Azərbaycan ilə Ermənistan xarici işlər nazirləri arasında növbəti görüş yaxın aylarda keçiriləcək”.

“İnterfax” xəbər verir ki, bu barədə Ermənistanın xarici işlər naziri Zöhrab Mnatsakanyan Yerevanda bolqarıstanlı həmkarı Yekaterina Zaxariyeva ilə birgə keçirdiyi mətbuat konfransında bildirib.

“XİN başçıları səviyyəsində görüşlərimizin davam etdirilməsi nəzərdə tutulur. Növbəti görüş yaxın aylarda keçiriləcək. Biz aramızdakı görüşləri davam etdirmək əzmindəyik. Bu görüşlər iki ölkə başçıları səviyyəsindəki görüşün təməlidir”, – ermənistanlı nazir deyib.

Onun sözlərinə görə, görüşlərdə Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli, son vaxtlar əldə edilən razılaşmaları həyata keçirmək üçün konkret addımlarla bağlı məsələlər müzakirə olunur.

“Yaxın vaxtlarda razılaşmaların həyata keçirilməsinə təkan verən addım atacağımıza ümidvaram. Hələlik kağız üzərində tərtib olunan düsturlara dair danışıqlar aparmırıq. Lakin, bu, tərəflərin öhdəliklərinin mütənasib olması üçün zəruri prinsip və göstəricilər üzərində çalışmadığımız demək deyil”, – Ermənistanın XİN başçısı vurğulayıb. (Report)