XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

28 October 2019 - 20:01

Avropa İttifaqı postsovet ölkələrinə daha yaxın olmalıdır –Nil Uşakov

Avropa Parlamentinin latviyalı deputatı Nil Uşakov parlamentdəki fəaliyyət istiqamətləri ilə bağlı müsahibəsində təmsil etdiyi qurumun postsovet ölkələrinə münasibətdə planları barədə danışıb.

AZƏRTAC xəbər verir ki, deputat Avropa İttifaqının Şərq Tərəfdaşlığı ölkələri ilə əməkdaşlığına dair suala cavabında qurumun sözügedən dövlətlərlə sıx əlaqə qurmasının vacibliyi bildirərək deyib: “Əminəm ki, Avropa İttifaqı keçmiş SSRİ ölkələri ilə mümkün qədər daha sıx və dərin münasibətlər qurmalıdır. Bu ölkələrdən hər hansı biri Aİ-yə üzv ola biləcək səviyyəyə yaxınlaşarsa, ona dəstək olmalıdır. İlk növbədə, bunlar Belarus və Cənubi Qafqaz ölkələridir. Latviya əməkdaşlığın inkişaf etdirilməsi üçün bütün səylərini göstərəcək”.

Qeyd edək ki, Latviyanın Proqressiv Sosialistlər və Demokratlar İttifaqı / Sosial Demokrat Partiyası “Razılıq”ın nümayəndəsi olan Nil Uşakov parlamentdə Büdcə komitəsinin üzvü olmaqla bərabər, Xarici işlər komitəsində əvəzedici üzv kimi çalışır. O, həmçinin Şərq Tərəfdaşlığı ölkələri (Azərbaycan, Gürcüstan, Ermənistan) ilə əlaqələr üzrə parlament nümayəndə heyətinin üzvüdür.