XƏBƏR LENTİ

08 Avqust 2020
07 Avqust 2020

Digər Xəbərlər

10 May 2015 - 16:32

Əli Kərimli Gül bayramının keçirilməyəcəyini gözləyirmiş

AXCP sədri Əli Kərimli mayın 10-da Bakıda təşkil olunan Gül bayramına münasibət bildirib. O, facebook səhifəsində ölkənin indiki böhranlı vəziyyətində milyonlarla manat sərf edərək belə bir bayram keçirməyi tənqid edib. Əli Kərimli yazıb:

“Bir məsələni etiraf etməliyəm. Fevral ayında manatın 34 faiz devalvasiyasından sonra hətta mənim olduğum müxalifət çevrələrində də belə gözlənti yaranmışdı ki, hökumət bu il 10 milyonlarla manata başa gələn təmtəraqlı Gül bayramı keçirməz. İş yerlərinin ixtisarı artdıqca, qiymətlər qalxdıqca, insanlar banklardan dollarla götürdüyü kreditlərə görə milyardlarla manat ziyana düşdükcə, Avropa Oyunları xalqın çiynində ağır bir maddi yük olunca, sosial intiharlar gündəlik xəbərə çevrildikcə – bir sözlə, ölkədə sosial gərginlik dözülməz həddə çatdıqca xeyli insan düşünürdü ki, bu il Gül bayramı kimi qıcıq yaradan israfçılığa artıq utanarlar. Xüsusilə məlum olanda ki, bunlar 21 ildir 13500 şəhid ailəsinin hər birinə verməli olduqları 11 min manat “qan pulunu” da “pulumuz yoxdur” bəhanəsi ilə verməyiblər, xeyli adam “Yox, xalqın qəzəbindən qorxarlar. Bu şəraitdə nə Gül bayramı?” deyə fikirləşdi.
Bəli, etiraf etmək lazımdır. Yenə də bizim xeylimizi təəccübləndirə bildilər. Nə utandılar, nə qızardılar. Hətta bu il sanki inadına daha da bədxərclik etdilər öz mənasız bayramlarında. Sizcə, nə deməkdir bu nümayişkaranə və mənasız bədxərclik? Xalqı saymamaqmı, xalqa meydan oxumaqmı, yoxsa vəziyyətin ciddiliyini anlamamaqmı?”.

Strateq.az