XƏBƏR LENTİ

25 Fevral 2020
24 Fevral 2020

Digər Xəbərlər

30 Oktyabr 2019 - 10:10

“Ermənistanın işğalçılıq siyasəti Qoşulmama Hərəkatının XVIII Zirvə Görüşünün sənədlərində əksini tapıb” –Hikmət Hacıyev

“Qoşulmama Hərəkatının Bakıda keçirilən XVIII Zirvə Görüşü ilk növbədə ölkəmizə yüksək etimadın, beynəlxalq müstəvidə Azərbaycana böyük hörmətin bariz təzahürü idi”.

Bunu  Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının xarici əlaqələr şöbəsinin rəhbəri Hikmət Hacıyev bildirib.

H. Hacıyev deyib ki, Azərbaycan Qoşulmama Hərəkatı çərçivəsində fəaliyyətini məhz tarixi Bandunq prinsipləri əsasında qurur: “Tarixi Bandunq prinsipləri də Azərbaycanın xarici siyasət prioritetləri ilə üst-üstə düşür. Tarixi Bandunq Prinsiplərinin bünövrəsində dövlətlərin ərazi bütövlüyü, suverenlik, dövlətlərin və xalqların bir-biri ilə qarşılıqlı hörmət prinsipləri əsasında yaşaması, bir-birinin daxili işlərinə qarışmaması kimi meyarlar dayanır. Prezident İlham Əliyev də Zirvə Görüşünün açılış mərasimində xüsusi ilə bu məqamı qeyd edib. Zirvə Görüşündə qəbul edilmiş Yekun sənədi, Bakı Bəyannaməsi və Azərbaycan xalqına və hökumətinə təşəkkür sənədlərində Azərbaycanın ərazi bütövlüyünə, suverenliyinə, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin də BMT Təhlükəsizlik Şurasının məlum qətnamələri əsasında həllinə növbəti ciddi dəstək ifadə olunub. Həmçinin Ermənistanın işğalçılıq siyasəti və güc tətbiq edərək ərazi əldə edilməsinin qəbuledilməzliyi kimi məqamlar da sənədlərdə öz təsbitini və əksini tapıb”.

Azərbaycanın 2019-2022-ci illərdə Qoşulmama Hərəkatına sədrliyinə gəlincə, H. Hacıyev qeyd edib ki, dövlət başçısı Zirvə Görüşündə açılış nitqində Azərbaycanın 3 illik fəaliyyəti dövründə prioritetləri ifadə olunub: “Azərbaycan sədrliyi dövründə Bandunq prinsiplərinin təşviq edilməsi və məhz Bandunq prinsipləri əsasında Qoşulmama Hərəkatına üzv dövlətlər arasında qarşılıqlı dəstəyin və dövlətlər arasında həmrəyliyin inkişafına töhfə verəcəyi bildirilib. Azərbaycan bu prinsiplərdən və meyarlardan çıxış edərək Qoşulmama Hərəkatına sədrliyi dövründə öz fəaliyyətini həyata keçirəcək”. /APA