XƏBƏR LENTİ

21 Fevral 2020

Digər Xəbərlər

30 Oktyabr 2019 - 13:30

“Erməni məsələsi dünya gücləri tərəfindən alət kimi istifadə edilir” –Fərid Şəfiyev

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) sədri Fərid Şəfiyev ABŞ Nümayəndələr Palatasının qondarma “erməni soyqırımı”nı tanımasına münasibət bildirib.

Mərkəzdən verilən məlumata görə, F. Şəfiyev bildirib ki, ABŞ Konqresinin Nümayəndələr Palatasının 1915-ci ildə Osmanlı imperiyasında baş vermiş hadisələrlə bağlı qətnamə qəbul etməsi açıq siyasi xarakter daşıyır.

O bildirib ki, bu qətnamə tarixi araşdırmalara, xüsusilə müasir Türkiyədə Birinci Dünya müharibəsi zamanı ermənilərin köçürülməsi ilə bağlı tədqiqatlara, üstəlik, Ermənistanla Türkiyə arasında hər hansı dialoqa töhfə verməyəcək: “Türkiyənin Suriyada apardığı hərbi əməliyyatlarla yanaşı, ABŞ-ın Ankaraya qarşı elan etdiyi sanksiyalar zamanı belə bir qərarın qəbulu qətnamənin geosiyasi xarakterini daha çox vurğulayır və hadisələrin tarixi məzmununu pozur. Ümumilikdə bu bir daha göstərir ki, ABŞ-ın xarici siyasəti bir tərəfdən getdikcə daha çox Vaşinqtondakı etno-milliyətçi lobbidən asılı vəziyyət düşür, digər tərəfdən dayanıqsız və müvəqqəti olur. Bu qismən onun nəticəsidir ki, son 30 ildə ABŞ-ın daxili siyasətindəki əsas oyunçular, müvafiq olaraq Respublikaçılar Partiyası dini və Demokratlar Partiyası etno-milliyətçi faktorların təsiri altına düşüb.  Fikrimcə, bu, ABŞ-ın uzunmüddətli milli maraqlarına və ümumilikdə, demokratiyanın prinsiplərinə ziddir”. /APA