XƏBƏR LENTİ

11 İyul 2020
10 İyul 2020

Digər Xəbərlər

31 Oktyabr 2019 - 15:07

Lavrovdan Ermənistan müdafiə nazirinin “Qarabağ məsələsi həll olunub” bəyanatına münasibət:"Emosional bəyanatlar işə kömək etmir"

“Bu kimi bəyanatlar yəqin ki, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı aparılan işə kömək etmir”.

Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov ATƏT-in baş katibi Tomas Qremmingerlə görüşünün yekunlarına dair birgə mətbuat konfransında Ermənistan müdafiə naziri David Tonoyanın “Dağlıq Qarabağ məsələsi həll olunub” bəyanatı ilə bağlı suala cavabında deyib.

Nazir bildirib ki, hər iki tərəfdən səslənən emosional bəyanatlar işə kömək etmir: “Mövqeləri yaxınlaşdırmaq və güzəşt əldə etmək üçün həmsədrlərin davamlı səyləri lazımdır”. /APA