XƏBƏR LENTİ

28 Noyabr 2020
27 Noyabr 2020

Digər Xəbərlər

31 Oktyabr 2019 - 18:54

Yadigar Sadıqlıdan Cəmil Həsənliyə dəstək:"Aksiyanın təxirə salınması doğru addımdır"

Azərbaycan Demokratik Qüvvələrinin Milli Şurasının (MŞ) sədri Cəmil Həsənlinin MŞ-nın noyabrın 2-nə təyin etdiyi razılaşdırılmamış aksiyanın təxirə salınması barədə təklifini müsavatçılar dəstəkləyir.

Strateq.az xəbər verir ki, bu barədə Müsavat funksioneri Yadigar Sadıqlı sosial şəbəkədəki səhifəsində yazıb.

O bildirib ki, aksiyanın təxirə salınması doğru addımdır: “Cəmil Həsənli 2 noyabr mitinqini təxirə salmağı təklif edib. Zənnimcə, doğru addımdır. Ümumiyyətlə, mitinqin belə erkən vaxta təyin olunması tələsik və o qədər də uğurlu olmayan addım idi”.