XƏBƏR LENTİ

28 Oktyabr 2020
27 Oktyabr 2020

Digər Xəbərlər

07 Fevral 2016 - 08:55

Səməd Seyidov Mustafa Cəmiloğluna cavab verdi: [color=red]”Faktlarla danışmaq lazımdır”

"Sadəcə söz demək yox, faktlarla danışmaq lazımdır”. 

Bu sözləri Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov qurumdakı Ukrayna nümayəndə heyətinə sədrlik edən Mustafa Cəmiloğlunun "AŞPA-dakı Azərbaycan nümayəndələri Ermənistan təmsilçilərindən daha pis işləyib” iddiasına cavab olaraq deyib.

Korrespondent.az-a açıqlama verən Səməd Seyidov bildirib ki, Azərbaycanın AŞPA-da uğurla fəaliyyət göstərdiyini heyət üzvləri Sahibə Qafarova və Sevinc Fətəliyevanın son sessiyada qurumun rəhbər orqanlarına təyin edilmələrini təqdir edir: 

"Sahibə Qafarova AŞPA-nın Miqrasiya Komitəsinə rəhbərlik edir, Sevinc Fətəliyeva isə Büro üzvü seçilib. AŞPA-nın lord Robert Uolterin hazırladığı "Dağlıq Qarabağ və Azərbaycanın digər işğal edilmiş ərazilərində əhalinin eskalasiyası” qətnaməsinin qəbul edilməməsinə gəlincə, bu, ATƏT-in Minsk qrupunun birbaşa müdaxiləsinin nəticəsidir. Başqa sözlə, ATƏT-in Minsk qrupu hesab edir ki, Qarabağ konfliktinin nizamlanması onun monopoliyasındadır və heç bir başqa beynəlxalq qurum bu məsələ ilə bağlı mövqe səsləndirə bilməz. Bu kökündən yanlış, eyni zamanda, Azərbaycan üçün ziyanlı mövqedir”.

Səməd Seyidov AŞPA-nın son sessiyasında "Azərbaycanın sərhəd bölgələrində yaşayanların qəsdən sudan məhrum edilməsi” hesabatının qəbul edilməsinin lehinə 90 deputatın səs verməsini də Azərbaycan heyətinin uğuru saydığını deyib: "Bu sənəddə açıq-aydın göstərilir ki, azərbaycanlıları sudan qəsdən məhrum etməklə, ermənilər insan haqlarını kobud şəkildə pozur.

Mən hesab etmirəm ki, bu sessiya Milli Məclisin nümayəndə heyəti üçün uğursuz olub, əksinə, biz bir çox məsələləri yoluna qoya bildik”.

"Hansı səbəbdən Azərbaycanın tərəfdaş saydığı Türkiyə və Moldovanın bəzi deputatları Azərbaycanın mövqeyini müdafiə etmədi” sualına cavabında isə Səməd Seyidov bildirib ki, detalları tendensiya kimi təqdim etməyə gərək yoxdur: "Bizim AŞPA-da yetərincə tərəfdarımız var və onlar bizi bütün məsələlərdə dəstəkləyirlər. Bir daha bildirirəm ki, lord Uolterin hazırladığı qətnamənin qəbul edilməsini ATƏT-in Minsk Qrupu əngəlləyib”.

"Əgər 2005-ci ildə Dağlıq Qarabağla bağlı qətnamə qəbul edilibsə, yenidən belə bir qətnamənin qəbul edilməsi hansı ehtiyacdan yaranıb” sualına cavab verən Səməd Seyidov vurğulayıb ki, 2005-ci ildəki sənəd başlanğıcdır: "Biz sonuncu erməni əsgəri Azərbaycan torpaqlarını tərk etməyənə qədər bu işi davam etdirəcəyik”.