XƏBƏR LENTİ

22 Oktyabr 2020

Digər Xəbərlər

05 Noyabr 2019 - 15:47

“Rusiya və Türkiyənin Suriya ilə bağlı memorandumu həyata keçirilir” –Sergey Lavrov

“Rusiya və Türkiyənin Suriya ilə bağlı memorandumu həyata keçirilir, iki ölkənin hərbi qüvvələri sıx əlaqədədir.”

Bu barədə Rusiya Xarici İşlər naziri Sergey Lavrov mətbuat konfransında deyib.

“Bir daha vurğulamaq istəyirəm, Prezident Putin və Prezident Ərdoğan tərəfindən Soçidə əldə edilmiş memorandum həyata keçirilir. Hərbi qüvvələrimiz, Suriya Ərəb Respublikasının silahlı qüvvələri ilə əlaqəli şəkildə Suriya-Türkiyə sərhədindəki 30 kilometrlik zolaq üzərində işləyir ”, – deyə S. Lavrov bildirib. /APA