XƏBƏR LENTİ

02 Dekabr 2020
01 Dekabr 2020

Digər Xəbərlər

05 Noyabr 2019 - 18:25

Elmar Məmmədyarov ukraynalı həmkarı ilə görüşüb –Müzakirə + FOTO

Avropa İttifaqının “Şərq Tərəfdaşlığı” proqramının 10 illik yubileyi münasibətilə üzv ölkələrinin xarici işlər nazirlərinin Stokholmda keçirilən görüşü çərçivəsində Xarici İşlər naziri Elmar Məmmədyarov ukraynalı həmkarı Vadim Pristayko ilə görüşüb.

Strateq.az XİN-ə istinadla xəbər verir ki, tərəflər iki ölkə arasında ikitərəfli münasibətlərin hazırkı durumu, əməkdaşlığın cari inkişaf səviyyəsi və perspektivləri barəsində fikir mübadiləsi aparıblar.

Görüş zamanı ölkələrimiz arasında bir çox sahələrdə, o cümlədən iqtisadi, ticarət, nəqliyyat və digər sahələrdə mövcud olan əməkdaşlıq yüksək qiymətləndirilib. Bölgədə həyata keçirilən strateji layihələr barədə fikir mübadiləsi aparılıb.

Tərəflər Azərbaycan və Ukraynanın müxtəlif beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq perspektivlərini müzakirə ediblər və bu istiqamətdə birgə səylərin davam etdirilməsinə dair razılıq ifadə edilib.

Sonda Nazir Elmar Məmmədyarov həmkarını Azərbaycana səfər etməyə dəvət edib.

Tərəflər həmçinin qarşılıqlı maraq doğuran digər regional məsələləri müzakirə ediblər.