XƏBƏR LENTİ

12 Noyabr 2019

Digər Xəbərlər

07 Noyabr 2019 - 18:34

Məzahir Pənahov:"28 410 nəfər bələdiyyə seçkilərində iştirak üçün komissiyalara müraciət edib"

Bu il dekabrın 23-də Azərbaycanda keçiriləcək bələdiyyə seçkilərində iştirak etmək üçün 28410 nəfər namizədliyinin irəli sürülməsi ilə bağlı dairə seçki komissiyalarına müraciət edib.

Strateq.az xəbər verir ki,  bu barədə Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında komissiya sədri Məzahir Pənahov məlumat verib.

MSK sədrinin sözlərinə görə, 14846 nəfər fərdi qaydada müraciət edib. 13524 nəfərin siyasi partiyalar tərəfindən, 40 nəfərin isə təşəbbüs qruplarından bələdiyyə seçkilərində iştirak etmək üçün namizədliyi irəli sürülüb.

M.Pənahov əlavə edib ki, 17509 nəfər imza vərəqəsi götürüb. Onlardan 2419-u imza vərəqəsini geri qaytarıb.

MSK sədri qeyd edib ki, bələdiyyə seçkilərində iştirak edəcək 60 nəfərin namizədliyi qeydə alınıb.