XƏBƏR LENTİ

07 Avqust 2020
06 Avqust 2020

Digər Xəbərlər

11 May 2015 - 10:47

Erməni katalikosundan Türkiyəyə qarşı yeni sərsəm tələb – AÇIQLAMA

Erməni kilsəsinin katalikosu II Qaregin Türkiyəyə qarşı tələblə çıxış edib.

Strateq.az Anspress-ə istinadən xəbər verir ki, erməni keşiş bu barədə fikirlərini “Amerikanın səsi” radiosuna müsahibə verərkən səsləndirib.

Onun sözlərinə görə, Eçmiadzin kilsəsi Türkiyəyə qarşı müsadirə edilmiş kilsə əmlakının qaytarılması ilə bağlı tələb irəli sürə bilər.

Xatırladaq ki, ermənilərin ikinci böyük kilsəsi – Livandakı Kilikiya katolikosluğu daTürkiyəyə qarşı ərazi iddiası qaldırıb. Katalikos Birinci Aramın rəhbərlik etdiyi kilsə Türkiyə Konstitusiya Məhkəməsinə müraciət edərək Adana vilayətinin Kozan bölgəsində yerləşən Kilikya Monastırının mülkiyyətinin qaytarılmasını tələb edib.

Türkiyə mətbuatı bunun erməni diasporunun 1915-ci il hadisələrinin 100-cü ildönümündə apardığı müzakirələrdən sonra Türkiyəyə qarşı başlanmış yeni kampaniya kimi dəyərləndirib. Erməni mətbuatının yazdığına görə, Kilikiya katolikosluğu 1295-ci ildən 1921-ci ilə kimi Kozanda yerləşib. Daha sonra katolikos Qüds, Hələb, Dəməşq və Kiprə köçüb. 1930-cu ildən Livanın Antilias şəhərinə köçüb.