“Rusiya Dağlıq Qarabağ münaqişəsinin həlli üçün müxtəlif formatlarda fəal vasitəçi rolunu oynamaqda davam etməyə hazırdır”.
TASS xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov noyabrın 11-də Yerevanda Ermənistanın xarici işlər naziri Zohrab Mnatsakanyan ilə görüşdən sonra deyib.
“Rusiya həm ATƏT-in Minsk qrupu çərçivəsində, həm Rusiya Federasiyası – Ermənistan – Azərbaycan formatında ən fəal vasitəçi kimi fəaliyəti bundan sonra da davam etməyə hazırdır”, XİN başçısı bildirib. (report)