“Perunun Azərbaycandakı səfirliyinin bağlanması ilə bağlı qərar bu ölkənin daxili vəziyyəti və üzləşdiyi maliyyə məsələləri ilə əlaqədardır”.
Strateq.az xəbər verir ki, bunu XİN-nin mətbuat katibi Leyla Abdullayeva bildirib.
O deyib ki, hər bir ölkə xaricdə diplomatik nümayəndəlik açmaq və yaxud bağlamaq qərarını verə bilər: Peru tərəfi Azərbaycandakı nümayəndəliyinin müvəqqəti bağlamaq qərarını verib. Bu qərar ölkənin daxili vəziyyəti və üzləşdiyi maliyyə məsələləri ilə əlaqədardır”,– o deyib.
XİN rəsmisi qeyd edib ki, bununla yanaşı, Peru tərəfi iki ölkə arasındakı əlaqələrin istər siyasi, istərsə də iqtisadi sahədə bundan sonra da eyni şəkildə davam etdiriləcəyini bildirib.