XƏBƏR LENTİ

31 May 2020
30 May 2020
29 May 2020

Digər Xəbərlər

09 Fevral 2016 - 17:31

“Çox əsəbi olub, hədsiz dərəcədə darıxır” – [color=red]Nemət Pənahlı, Rauf Mirqədirov və Pərviz Həşimlidən yeni xəbərlər

Hazırda həbsdə olan Azərbaycan Milli Dövlətçilik Partiyasının sədri Nemət Pənahlının fevralın 23-də Qobustan həbsxanasındakı cəza müddəti başa çatır.

Məhbus siyasətçi cəzasının qalan 11 ayını əvvəllər saxlanıldığı 17 saylı cəzaçəkmə müəssisəsində başa vuracaq. 

Bu barədə musavat.com-a N.Pənahlının həyat yoldaşı Həcər Pənahlı məlumat verib:

“Uzunmüddətli görüş vaxtı idi. Normal görüş oldu. Fevralın 23-də 17 saylı “zon”a qaytaracaqlar. Nemət həmin vaxta hazırlaşır. Vəziyyəti hazırda normaldır. Yenə də tək saxlanılır. Müəyyən səbəblərə görə kamerasındakı məhbus yoldaşını çıxarıblar. Fevralın 23-də Nemətin Qobustandakı cəza müddəti başa çatır. Ondan sonra orada saxlanılması üçün heç bir əsas yoxdur. 17 saylı cəzaçəkmə müəssisəsinə qaytarılmasını istəmir. Çünki əvvəl orada narazılığı olmuşdu. Nəticədə rəisin təqdimatı ilə Qobustana köçürülmüşdü. Nemət həmin “zon”a qaytarılmaması üçün müraciət də edib. Lakin razı olmayıblar. Deyiblər ki, qərara uyğun hansı “zon”dan gəlibsənsə, ora da qaytarılmalısan. Qanun bunu tələb edir”.

Milli Azadlıq Hərəkatının öncül simalarından olan Nemət Pənahlı 2011-ci il yanvarın 8-də tutulub, xuliqanlıq və qəsdən sağlamlığa az ağır zərər vurma ittihamı ilə 6 il müddətinə azadlıqdan məhrum edilib. O, Qobustan həbsxanasına 17 saylı Cəzaçəkmə Müəssisəsi rəisinin 2013-cü ilin yayındakı təqdimatı  əsasında köçürülüb.

Ayna Zerkalo” qəzetinin əməkdaşı Rauf Mirqədirova oxunan hökmdən apellyasiya şikayətinin verilməsindən isə 20 gün ötür. Hələ də jurnalistlə bağlı məhkəmə prosesinin nə zaman başlayacağı məlum deyil. 

Vicdan məhbusunun anası Rəfiqə İsayeva gələn həftə prosesin başlama ehtimalının yüksək olduğunu bildirdi:

“Şikayətdə bəzi düzəlişlər olmalı idi. Ona görə də məhkəmənin vaxtı bilinmir. Raufun özü ilə fevralın 3-də görüşdüm. Çox əsəbi olub, hədsiz dərəcədə darıxır. Deyir ki, burada saxlanılmağımın səbəbini bilmirəm. Bu iş üzrə digər ittiham olunan şəxslər azadlıqdadır. Raufa saxlanıldığı yerdə normal münasibət var. Səhhəti də qaydasındadır. Başında tez-tez ağrılar olur. Onu da dərmanlarla yola verir”.

“Bizim Yol” qəzetinin əməkdaşı Pərviz Həşimli də Ali Məhkəmənin Plenumuna müraciət edib. Jurnalist qanunsuz həbsdə olduğunu, onu həbs edən MTN-çilərin vəzifələrindən ya uzaqlaşdırıldıqlarını, ya da həbs olunduqlarını deyir. 

Bu barədə onunla görüşən vəkil Bəhruz Bayramov məlumat verdi:

“Pərvizlə görüşdüm. Ona qarşı böyük haqsızlıq var. Çünki onu həbs edənlərin özləri hazırda həbsxanadadırlar. İşi aparan müstəntiq işdən çıxarılıb. Pərviz Həşimli bütün bunlara rəğmən hələ də həbsdə saxlanılmasını ədalətsizlik sayır. Dekabrda azad olunacağına çox ümid edirdik. Ali Məhkəmənin Plenumuna müraciət etmişik. Yəqin ki, baxılma prosesi 4-5 ay çəkəcək. Nəticəsinin necə olacağını deyə bilmərik. Çünki Ali Məhkəmədə oktyabrın 27-də iştirakımız olmadan prosesin keçirilməsini və qərarın qüvvədə saxlanılmasını unutmamışıq”.