Milli Məclisin (MM) bir qrup deputatı Belarus Respublikasında keçiriləcək parlament seçkilərini müşahidə etmək üçün Minsk şəhərində səfərdə olacaqlar.
Strateq.az MM-ə istinadla xəbər verir ki, millət vəkilləri Sahibə Qafarova AŞPA-nın xətti ilə, Xanlar Fətiyev MDB İcraiyyə Komitəsinin beynəlxalq müşahidəçilər missiyasının tərkibində, Tahir Mirkişili isə ATƏT PA-nın beynəlxalq müşahidəçilər missiyasının tərkibində prosesə qatılacaqlar.
Deputatlar digər müşahidəçilərlə bərabər bir sıra seçki məntəqələrinə gedəcək, orada yaradılmış şəraitlə yaxından tanış olacaq, vətəndaşların fəallığını izləyəcəklər.
Səfər noyabrın 18-də başa çatacaq.