XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

16 November 2019 - 15:22

Bələdiyyə seçkilərini izləmək üçün 499 müşahidəçi qeydə alınıb- MSK sədrindən açıqlama

Azərbaycanda bu il dekabrın 23-də keçiriləcək bələdiyyə seçkilərini izləmək üçün 499 müşahidəçi qeydə alınıb.

APA-nın xəbərinə görə, bu barədə Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında MSK sədri Məzahir Pənahov bildirib.

O qeyd edib ki, müşahidəçilərin 72-si MSK, 427-i isə dairə seçki komissiyalarında akkreditasiyadan keçib.

Xatırladaq ki, Azərbaycanda bələdiyyə seçkiləri dekabrın 23-də keçiriləcək. Respublika üzrə 1606 bələdiyyəyə 15 min 156 üzv seçiləcək. Sonuncu bələdiyyə seçkisi 2014-cü il dekabrın 23-də keçirilib.