XƏBƏR LENTİ

02 Dekabr 2020
01 Dekabr 2020

Digər Xəbərlər

10 Fevral 2016 - 13:30

Deputatın şikayəti rədd olundu -[color=red] İqbal Məmmədovun “Xalq Sığorta” ilə növbəti davası

Bakı  Apellyasiya Məhkəməsində deputat İqbal Məmmədov və digərlərinin “Xalq Sığorta” şirkətinə qarşı apellyasiya şikayəti üzrə məhkəmə başa çatıb.

Hakim Vüqar Həsənovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, birinci instansiya məhkəməsinin çıxardığı qətnamə dəyişdirilmədən saxlanılıb. Yəni, deputat İqbal Məmmədovun apellyasiya şikayəti təmin edilməyib.

Qeyd edək ki, Yasamal Rayon Məhkəməsinə müraciət edən İqbal Məmmədov sığorta ödənişinin verilməsi barədə tələb irəli sürüb. Amma məhkəmə iddianı qismən təmin edib. Qərardan narazı qalan İqbal Məmmədov və qeyriləri apellyasiya şikayəti ilə Bakı Apellyasiya Məhkəməsinə müraciət edib.

Yanan evin tüstüsü millət vəkilini ziyana salıb

“Xalq Sığorta” şirkətindən fins.az-a verilən məlumata görə, məhkəmə mübahisəsi millət vəkilinin evinə dəyən ziyanla bağlı olub. Belə ki, “Sahil Metrostansiyası”nın yaxınlığında yanğın baş verib. İqbal Məmmədov əvvəlcə evini könüllü qaydada “Xalq Sığorta” şirkətində sığortalayıb. Aşağı mərtəbədə yanan evin tüstüsü yuxarı mərtəbədə yaşayan millət vəkilinin evinə 7 min manata kimi ziyan vurub.

“Xalq Sığorta”: “Ev əşyalarını sığortalamayıb, ödəniş istəyir”

Sığorta şirkəti evə dəyən ziyanı təmin etməyə razılaşsa da, millət vəkili evdəki əmlaka dəyən ziyanın ödənilməsini də tələb edib.

Məsələn, sığorta şirkətinin tüstünün zərər vurduğu ev əşyalarına, geyim və xəzlərə dəyən ziyanın qarşılanması da istəyir.

Xalq Sığorta” şirkətindən bildirilib ki, bu əşyalar sığortalanmadığı üçün sığorta ödənişi verilə bilməz.

Bakı  Apellyasiya Məhkəməsi də bununla bağlı İqbal Məmmədovun apellyasiya şikayəti təmin edilməyib.

Məsələ ilə bağlı İqbal Məmmədovla əlaqə saxlamağa cəhd olunsa da, bu, mümkün olmayıb.

Xatırladaq ki, İqbal Məmmədov 2015-ci ilin noyabrında V çağırış Milli Məclisə keçirilən seçkilərdə 78 saylı Lerik seçki dairəsindən deputat seçilib.