XƏBƏR LENTİ

04 Dekabr 2020
03 Dekabr 2020

Digər Xəbərlər

22 Noyabr 2019 - 14:25

ABŞ-ın daha bir senatoru qondarma soyqırımı haqqında qətnaməyə veto qoyub

ABŞ Konqresinin Yuxarı Palatasının daha bir senatoru Devid Peryu da qondarma “erməni soyqırımı” haqqında qətnaməni blok edib.

Məlumatı “Hay dat” yayıb.

Xatırladaq ki, bundan bir neçə gün əvvəl senator Lindsi Qrem də qətnaməyə veto qoymuşdu.

Qeyd edək ki, oktyabrın 29-da ABŞ-ın Konqresinin Nümayəndələr Palatası (Aşağı Palata) qondarma “erməni soyqırımı”nın tanınması ilə bağlı layihəni qəbul edib. 405 konqresmen qətnamənin lehinə, 11-i isə əleyhinə səs verib.

Layihəni Nümayəndələr Palatasının Kəşfiyyat Komitəsinin sədri, Demokratlar Partiyasının üzvü, Kaliforniyadan konqresmen, ermənipərəst Adam Şiff təqdim edib. Qətnamə Konqresin Yuxarı Palatasında (Senat) da səsverməyə çıxarılacaq. (Report)