XƏBƏR LENTİ

03 Dekabr 2020
02 Dekabr 2020

Digər Xəbərlər

22 Noyabr 2019 - 16:41

“Azərbaycan Rusiyanın yeganə etibarlı tərəfdaşıdır” –Dmitri Savelyev

“Azərbaycan ilə Rusiya arasındakı əməkdaşlıq ildən-ilə inkişaf edir”.

Bunu Rusiya-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri, Rusiya Federasiyası Dövlət Dumasının deputatı Dmitri Savelyev deyib.

Onun sözlərinə görə, son illərdə iki ölkə arasında bütün sahələrdə – iqtisadiyyat, siyasət, mədəniyyət sahələrində intensivləşmə müşahidə olunur. “Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın X Rusiya-Azərbaycan Regionlararası Forumuna səfəri onun nə dərəcədə əhəmiyyətli olduğunu göstərir”, – deyə deputat əlavə edib.

“Azərbaycan Rusiyanın etibarlı, deyərdim ki, yeganə etibarlı tərəfdaşıdır”, – D.Savelyev qeyd edib.

Turizm sektorundakı əməkdaşlıq barədə danışan deputat bildirib ki, bu, ölkələrimiz arasında ikitərəfli münasibətlərin möhkəmlənməsinə yardım edən çox vacib sahədir: “Axı nə qədər çox rusiyalı Azərbaycana səfər etsə, bir o qədər çox rusiyalı oranı sevəcək. Belə bir rus deyimi var: “Yeddi dəfə eşitməkdənsə, bir dəfə görmək yaxşıdır”. (Report)