XƏBƏR LENTİ

26 Oktyabr 2020

Digər Xəbərlər

24 Noyabr 2019 - 21:55

ƏLİ İNSANOV YENİ PARTİYA YARATDIĞINI ELAN ETDİ –Təşkilat Komitəsinin 15 nəfərlik üzvünün siyahısı açıqlandı

Keçmiş səhiyyə naziri Əli İnsanov siyasi təşkilat yaratdığını elan edib. 

Modern.az-ın məlumatına görə, Əli İnsanov Facebook-dakı səhifəsində bəyan edib ki, noyabrın 24-də tərəfdarları ilə toplantı keçirib və Haqq Ədalət Partiyasının Təşkilat Komitəsini yaradıblar:

“Biz təşkilat komitəsinin üzvlərinin 15 nəfərdən ibarət olması barədə qərar qəbul etdik. Səsvermə yolu ilə yekdilliklə Əli İnsanov Təşkilat Komitəsinin sədri, Rəşad Abbaslı isə katibi seçildilər.

Təşkilat Komitəsinin (TK) üzvləri aşagıdakılardan ibarətdir:

1) Əli İnsanov – sədr:

2) İsfəndiyar Vahabzadə-Azərbaycan Respublikasının Fövqəladə və səlahiyyətli səfiri, filologiya elmləri doktoru, professor;

3) Qalibə Budaqova-Bakı Dövlət Universitetinin sabiq əməkdaşı, Bakı şəhəri 23 saylı orta məktəbin sabiq direktoru;

4) Mirədalət Talışxanov-Hüquqşünas, Masallı rayon Məhkəməsinin sabiq sədri, Azərbaycan Respublikası Baş Prokurorunun sabiq köməkçisi;

5) Eyvaz Əliyev- Beyləqan rayon Yeni Azərbaycan Partiyasının sabiq sədri, Beyləqan Rayon İcra Başçısının sabiq müavini;

6) Oruc Muradov-Ukrayna Respublikası Xarkov şəhərində yaşayır, iqtisadçı;

7) İlqar Quliyev-Ekoloq, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin sabiq əməkdaşı, Azərbaycan Respublikaçılar Partiyasının Sumqayıt şəhər təşkilatının sədri;

8) Babək Adıgözəlov- Hüquqşünas, Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatının idarə heyyətinin sabiq üzvü;

9) Yalçın Qəhrəmanoglu- Ukrayna Respublikası Kiyev şəhərində yaşayır, iqtisadçı mühəndis, sahibkar, Azərbaycanda Demokratik Qüvvələrin Milli Şurasının üzvü;

10) Əfqan Sadıqlı- jurnalist, Azel.tv-nin rəhbəri;

11) Zaur Bayramoglu – qazi.

12) Murad Muradov- ictimai fəal.

13) Rəşad Abbaslı- Mühəndis, Təşkilat Komitəsinin katibi.

14) Fərrux Binətzadə – Hüquqşünas, keçmiş polis zabiti;

15) Murad Quliyev – İqtisadçı, hüquqşünas, Amerika Birləşmiş Ştatlarında tədqiqatçı”.

Ə.İnsanov qeyd edib ki, iclasda partiyanın təsis konfransına qədər olan dövrdə görüləcək işlər barədə geniş müzakirə aparılıb, partiyanın nizamnaməsi və proqramının yazılıb başa çatdırılması üçün tapşırıqlar verilib.




Yuxarı Əvvələ Ana Səhifə