XƏBƏR LENTİ

30 Oktyabr 2020
29 Oktyabr 2020

Digər Xəbərlər

25 Noyabr 2019 - 10:37

Rusiyalı deputat:"Azərbaycan postsovet ölkələri üçün nümunə ola bilər"

“Azərbaycan Rusiya ilə münasibətləri inkişaf etdirməyə səmimi səy göstərdiyinə hər hansı şübhə üçün heç vaxt əsas verməyib”.

Bunu Rusiya Federasiyası Şurasının Beynəlxalq İşlər Komitəsinin sədri Konstantin Kosaçev X Rusiya – Azərbaycan regionlararası forumu zamanı bildirib.

“Əsas göstəricilərdən biri Azərbaycanda rus dilinə, rusdilli əhaliyə, bizim müştərək tariximizə olan münasibətdir. Bu mənada Azərbaycan bütün postsovet ölkələr üçün nümunə təşkil edə bilər. Əlbəttə, bu da bütün sahələrdə, ilk növbədə, iqtisadiyyatda irəli getmək üçün zəruri mənəvi güc, qüvvə yaradır. Ölkələrimiz arasında ticarət dövriyyəsi ilbəil artır. Həmçinin sosial və humanitar sahələrdə də münasibətlərimiz inkişaf edir”,- Rusiya parlamentinin üzvü deyib.

O, bütün bunların Rusiya və Azərbaycan xalqları üçün çox mühüm əhəmiyyət kəsb edən uzunmüddətli əməkdaşlığa zəmin yaratdığını diqqətə çatdırıb: “Biz doğru yoldayıq. Bu əməkdaşlığa regionlararası məzmun da qatırıq. Keçirilən regionlararası forum da bu marağın qarşılıqlı, dayanıqlı, ciddi və uzunmüddətli olduğuna dəlalətdir”. (Report)