XƏBƏR LENTİ

21 Oktyabr 2020
20 Oktyabr 2020

Digər Xəbərlər

27 Noyabr 2019 - 17:03

“İqbal Ağazadənin işığını kəsən ruhi xəstədir” –Paytaxt polisi açıqlama yaydı

Bakı Şəhər BPİ Cinayət Axtarış İdarəsi, Xətai RPİ və 37-ci Polis Şöbəsi əməkdaşları tərəfindən İqbal Ağazadənin yaşadığı ünvanın elektirik naqilinə müdaxilə edən şəxs ətrafında müvafiq tədbirlər keçirilib.

Strateq.az xəbər verir ki, bu barədə Bakı Şəhər Baş Polis İdarəsinin Mətbuat Xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev məlumat yayıb.

Məlumata görə, noyabrın 26-da saat 00:42 radələrində Bakı şəhəri Xətai rayonunda İ.Ağazadənin yaşadığı evin elektirik naqili kəsilib: “İqbal Ağazadə elektirik naqilini kəsən 1986-cı il təvəllüdlü, Xətai rayonu, Həzi Aslanov küçəsində yaşayan Pes Traykov Vladislav Yuriyeviçi özü və digər şəxslərlə izləyib saxlayaraq, Xətai RPİ-nin 37-ci Polis Şöbəsinə təhvil veriblər.

İ.Ağazadəyə qarşı təxribat edilməsi və digər halların tam və hərtərəfli araşdırılması zamanı müəyən edilib ki, V.Yuroyeviç 2013-cü ildən Ruhi-Əsəb xəstəxanasında daimi qeydiyyatdadır.

Şəxs ilkin izahatında bildirib ki, İ.Ağazadənin yaşadığı ev əvvəllər onun tanıdığı şəxsə məxsus olub və sonradan satılıb, başqa şəxsin orada yaşaması onu narahat edir”.

Faktla bağlı Xətai RPİ 37-ci Polis Şöbəsində təhqiqat araşdırmaları davam etdirilir.