Keçmiş maliyyə naziri Fikrət Yusifov Ana Vətən Partiyası sədrinin müavini təyin edilib.
Bu barədə partiyadan Strateq.az-a verilən məlumata görə, Fikrət Yusifov sədr Fəzail Ağamalının sosial-iqtisadi məsələlər üzrə müavini postunu tutub.
Xatırladaq ki, Fikrət Yusifov 1994-cü ildən 1999-cu ilədək Azərbaycan Respublikası Maliyyə naziri vəzifəsində işləyib.
O, 2018-ci ildən Azərbaycan Dövlət İqtisad Universitetində professor kimi əmək fəaliyyətini davam etdirir.