XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

28 Noyabr 2019 - 15:38

Əli Əhmədov:"Qurultay keçirilməsinə zəruri ehtiyac yaranmayıb"

“Yeni Azərbaycan Partiyasının bu günə qədərki praktikisına görə parlament seçkiləri ilə bağlı hər hansı qurultay keçirilməsinə zəruri ehtiyac yaranmayıb”.

Bunu Yeni Azərbaycan Partiyasının sədr müavini-icra katibi Əli Əhmədov keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, YAP-ın qərar qəbuletməsi üçün strukturları var.

Ə.Əhmədov növbəti parlament seçkilərində hakim partiyanın namizədlərinin say çoxluğu ilə təmsil olunması ilə bağlı suala da cavab verib:

“Hər bir partiya istəyər ki, seçkilərdə daha çox sayda namizədlə parlamentdə təmsil olunsun. Layiqli namizədləri müəyyənləşdirmək əsasdır. Hər bir seçkinin taleyini, çox sayda üzvümüzüm təmsil olunmasını seçicilərimiz müəyyənləşdiriləcək. Seçicilərini inandırmaq lazımdır ki, onların maraqlarını və mənafelərini daha yaxşı təmin edə bilərik”.

Report